31 yanvar 2026. Şənbə

Qazaxıstanlı tennisçi Avstraliya Açıq Çempionatının qalibi olub


  • Offside
  • 17:13 31.01.2026
  • Oxunma sayı: 30
Qazaxıstanlı tennisçi Avstraliya Açıq Çempionatının qalibi olub

Dünya reytinqində beşinci sırada qərarlaşan qazaxıstanlı tennisçi Elena Rıbakina Avstraliya Açıq Çempionatında qadınların fərdi yarışında qalib olub.

90deqiqe.Az xəbər verir ki, finalda Belarus təmsilçisi, WTA reytinqinin lideri Arina Sobolenkonu 6:4, 4:6, 6:4 hesabı ilə məğlub edən Rıbakina görüşü 2 saat 18 dəqiqəyə başa vurub.

Qeyd edək ki, Rıbakina Avstraliya Açıq Çempionatı boyunca yalnız finalda bir set itirib. Bu qələbə qazaxıstanlı tennisçiyə “Böyük Dəbilqə” turnirlərində ikinci titulunu qazandırıb. Rıbakina daha əvvəl 2022-ci ildə Uimbldon turnirinin qalibi olmuşdu.







Offside