- Offside
- 18:07 31.01.2026
Uimbldon–2022 turnirinin qalibi, dünya reytinqində 5-ci pillədə qərarlaşan qazaxıstanlı tennisçi Yelena Rıbakina əlamətdar nailiyyətə imza atıb.
90deqiqe.Az xəbər verir ki, Rıbakina Avstraliya Açıq Çempionatı–2026 turnirində qazandığı debüt çempionluq yolunda dünya reytinqinin ilk “altılığ”ında yer alan üç tennisçini məğlub edib.
O, 1/4 finalda Polşa təmsilçisi İqa Şvyonteki (2), yarımfinalda amerikalı Cessika Pegulanı (6), finalda isə reytinq lideri, belaruslu Arina Sobolenkonu (1) məğlub edib.
Qeyd edək ki, bu cür göstəriciyə sonuncu dəfə 2008-ci ildə beşqat “Böyük dəbilqə” çempionu, keçmiş dünya birincisi Mariya Şarapova nail olmuşdu. Həmin il rusiyalı tennisçi 1/4 finalda Jüsten Eneni (1), yarımfinalda Yelena Yankoviçi (3), finalda isə Ana Ivanoviçi (4) məğlub etmişdi.