1 fevral 2026. Bazar günü

Azərbaycan cüdoçuları Belçikada turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə etdi


  • Offside
  • 23:53 31.01.2026
  • Oxunma sayı: 27
Azərbaycan cüdoçuları Belçikada turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə etdi

Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnirə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Vise şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan cüdoçuları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar.

Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) turniri gümüş medalla tamamlayıblar. Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, ölkəmiz yarışda ümumilikdə 31 cüdoçu ilə təmsil olunur.







Offside