1 fevral 2026. Bazar günü

Azərbaycanın stolüstü tennisçisi Tunisdə turnirlərə qatılacaq


  • Offside
  • 14:50 01.02.2026
  • Oxunma sayı: 31
Azərbaycanın stolüstü tennisçisi Tunisdə turnirlərə qatılacaq

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq.

90deqiqe.Az-ın məlumatına görə, milli komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yollanıb.

Quluzadə fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək "WTT Youth Contender Tunis 2026", fevralın 6-dan 8-dək isə "WTT Youth Star Contender Tunis 2026" yarışlarında bacarığını göstərəcək.

Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.

 







Offside