1 fevral 2026. Bazar günü

Sent-Maksim Meksikada qalmaqallı gedişindən sonra danışdı - “Məni yalnız Tanrı qorxuda bilər”


  • Offside
  • 15:39 01.02.2026
  • Oxunma sayı: 27
 Sent-Maksim Meksikada qalmaqallı gedişindən sonra danışdı  - “Məni yalnız Tanrı qorxuda bilər”

“Fənərbağça”nın sabiq futbolçusu Allan Sent-Maksim “Club America”dan qalmaqallı şəkildə ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, cəmi beş ay əvvəl Meksika təmsilçisinə 10,3 milyon avroya transfer olunan fransız vinger gözlənilməz ayrılıqdan sonra sərt açıqlamalar verib.

2024/25 mövsümündə icarə əsasında “Fənərbağça”nın formasını geyinən Allan Sent-Maksimin “Klab Amerika” ilə yollarının ayrıldığı klub tərəfindən rəsmi şəkildə təsdiqlənib. Bununla yanaşı, futbolçunun sosial şəbəkə hesabında paylaşdığı mesaj geniş rezonans doğurub.

“Övladlarıma toxunmağa cəsarət edənlərə deyirəm: böyük səhv etdiniz”, – deyə paylaşım edən Sent-Maksim açıqlamasında bunları bildirib:

“Problem dərinizin rəngində deyil, düşüncələrinizin rəngindədir. Mən hücumlara məruz qalıram – problem deyil, böyümüşəm və buna qarşı mübarizə aparmağı öyrənmişəm. Amma heç vaxt dözə bilməyəcəyim bir şey var – o da övladlarıma yönələn hücumlardır.

Uşaqlarımı qorumaq mənim üçün birinci yerdədir. Onların keçmişindən və ya dəri rəngindən asılı olmayaraq hörmət və sevgi görmələri üçün mübarizə aparacağam. Nifrət və ayrı-seçkiliyin cəmiyyətdə yeri yoxdur!

İstəyirəm ki, insanlar başa düşsün: hər bir insan unikal və dəyərlidir, bir-birimizə hörmət və ləyaqətlə yanaşmalıyıq.

Övladlarımın özləri kimi ola biləcəkləri, yalnız dağıtmaq və bölmək məqsədi daşıyan mənasız davranışlarla üzləşməyəcəkləri bir dünyada böyümələrini arzulayıram.

Bu səbəbdən uşaqlarımla məşğul olmağa cəsarət edənlərə bir daha deyirəm: böyük səhv etdiniz! Mən hər zaman övladlarımı qorumaq üçün mübarizə aparacağam və məni qorxuda biləcək heç bir insan və ya təhdid yoxdur. Bu dünyada qorxduğum yeganə varlıq Tanrıdır.”







Offside