- Offside
- 17:33 01.02.2026
Dünya rekortmeni tennisçi Karlos Alkaras 2026 Avstraliya Açıq Turnirinin finalında qələbəsini şərh edib.
90deqiqe.Az xəbər verir ki, ispan tennisçi bu barədə jurnalistlərə açıqlamasında deyib
“Novak alqışa layiqdir. Sən deyirdin ki, mən möhtəşəm işlər görürəm, amma sən etdiklərin həqiqətən ilhamvericidir. Yalnız tennisçilər üçün yox, bütün idmançılar üçün nümunəsən. Göstərirsən ki, hər gün necə çalışmaq lazımdır. Səninlə oynamaq, matçlarını izləmək və gördüklərini izləmək mənə böyük motivasiya verir.
Komandama təşəkkür edirəm. Heç kim mənim necə çalışdığımı bilmir, dəstəyinizi yüksək qiymətləndirirəm. Emosional baxımdan bu bir sarsıntı oldu, amma biz doğru işləri görərək davam etdik. Hər birinizə təşəkkür edirəm, bu trofey sizin dədir.
Cokoviçin dediyi kimi, tribunada Nadalın olması bir qədər qəribədir. Bilirəm ki, sən mənim matçlarımı 15 yaşımda izləyirdin, amma peşəkar səviyyədə bu, ilk dəfədir. Sənin önündə oynamaq böyük şərəfdir. Kortda aramızda əla qarşılaşmalar oldu, baxmayaraq ki çox deyildi. Gəlməyin üçün təşəkkür edirəm”, — deyə Alkaras vurğulayıb.
Final oyununda o, 24 qat Böyük Dəbilqə çempionu serb Novak Cokoviçi məğlub edib. Matç 2:6, 6:2, 6:3, 7:5 hesabı ilə başa çatıb.