2 fevral 2026. Bazar ertəsi

Həndbol üzrə ölkə çempionatında V turun mübarizəsi başa çatıb


  • Offside
  • 15:59 02.02.2026
  • Oxunma sayı: 30
Həndbol üzrə ölkə çempionatında V turun mübarizəsi başa çatıb

Həndbol üzrə Azərbaycan çempionatında V turun oyunları keçirilib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Tur çərçivəsində qadınların yarışında iki qarşılaşma baş tutub. “Qarabağ” komandası “Bakı” üzərində inamlı qələbə qazanıb – 42:20. Digər oyunda isə “Azəryol” kollektivi “İdman Akademiyası”nı 48:21 hesabı ilə məğlub edib.

Kişilərin mübarizəsində də maraqlı oyunlar qeydə alınıb. “Dinamo” gərgin keçən qarşılaşmada “Azəryol”u 32:29 hesabı ilə üstələyib. “Qarabağ” komandası “Təhsil”lə oyunda 36:21 hesablı qələbə əldə edib. Turun son matçında isə “Bakı” komandası “Kür” üzərində 28:25 hesablı qələbəyə sevinib.







Offside