31 yanvar 2026. Şənbə

"Mən Hollandiyanın futbol millisi kimiyəm" - Şəhriyar Məmmədyarov


  • Offside
  • 11:20 24.09.2019
  • Oxunma sayı: 550
"Mən Hollandiyanın futbol millisi kimiyəm" - Şəhriyar Məmmədyarov

Şahmat üzrə Azərbaycan millisinin kapitanı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun 1/8 finalında komanda yoldaşını Teymur Rəcəbova məğlubiyyətini şərh edib.

Corner.az-ın məlumatına görə, o,  öz çıxışını futbol üzrə Hollandiya millisinin oyununa bənzədib:

“Mən Hollandiyanın milli futbol komandası kimiyəm. Gözəl oynayıb məğlub oldum. Hər şey yaxşıdır. Sadəcə, çox gözəl oynamışdım, amma qapıda Buffon dayanmışdı”.







Offside