- Offside
- 20:38 02.02.2026
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Pro-Liqasının 20-ci turunda “Ər-Riyad”la keçiriləcək oyun üçün heyətinə daxil edilməyib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçular siyahısında Ronaldo həm əsas heyətdə, həm də ehtiyat oyunçular sırasında yer almayıb.
Qeyd edək ki, cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr”in əvvəlki 19 oyununda portuqaliyalı hücumçu start heyətində meydana çıxmışdı.
Daha əvvəl xəbər verilmişdi ki, Kriştiano Ronaldo klubun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunmasından narazıdır və bəzi oyunları boykot etmək barədə fikirləşib.