3 fevral 2026. Çərşənbə axşamı

Dövlət qurumları əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib


  • Offside
  • 18:12 03.02.2026
  • Oxunma sayı: 30
Dövlət qurumları əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib

“Şüa” İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis üzrə yarış baş tutub.

90deqiqe.Az xəbər verir ki, turnirdə 15 dövlət qurumunu təmsil edən əməkdaşlar iştirak edərək qələbə uğrunda mübarizə aparıblar.

Yarışda Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət komandası uğurlu çıxışı ilə diqqət çəkib. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, gizir Əli Bayramov bütün rəqiblərini məğlub edərək birinci yeri tutub və qızıl medala layiq görülüb. Komandanın digər üzvü, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət baş çavuşu Vüqar İbrahimov isə üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Yarış dövlət qurumları arasında sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı məqsədi daşıyıb.

 







Offside