4 fevral 2026. Çərşənbə

Badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə start verilib


  • Offside
  • 20:08 03.02.2026
  • Oxunma sayı: 46
Badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə start verilib

Badminton üzrə “Azerbaijan International 2026” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 33 ölkədən 347 badmintonçu 6 gün ərzində “International Challenge” kateqoriyalı turnirdə qüvvəsini sınayacaq. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda 238 görüş 4 kortda oynanılacaq. Yarışı yerli və əcnəbi hakimlər idarə edirlər.

Yarışın ilk günündə kateqoriyalar üzrə təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycan turnirdə 14 oğlan və 14 qız badmintonçu ilə təmsil olunur.

“Azerbaijan International” beynəlxalq turnirin final qarşılaşmaları fevralında 8-də keçiriləcək.







Offside