4 fevral 2026. Çərşənbə

Azərbaycan Üzgüçülük və Triatlon federasiyaları əməkdaşlığa başlayır


  • Offside
  • 14:14 04.02.2026
  • Oxunma sayı: 38
Azərbaycan Üzgüçülük və Triatlon federasiyaları əməkdaşlığa başlayır

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Azərbaycan Triatlon Federasiyası (ATF) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

ATF-dən 90deqiqe.Az-a verilən məlumata görə, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, üzgüçülük və triatlonla məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.







Offside