- Offside
- 18:19 04.02.2026
Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı davam edir.
90deqiqe.Az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 5 çəkidə - 60, 67, 77, 87, 130 kiloqramda mübarizəyə start verilib. 4 çəkidə finalçılar müəyyənləşib. 87 kiloqramda isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici qarşılaşmalar sabah olacaq.
60 kiloqram
Maksut Cankurtaran (AHİTA) – Nihat Bəhmənov (UGİM-10)
67 kiloqram
Roman Kərimov (DİN) – Murad Əliyev (AHİTA)
77 kiloqram
Cavad Məmmədov (Neftçi) – Cavidan Nehmətov (AHİTA)
130 kiloqram
Museyi Kazim Hüseyn (DİN) – Əli Bayramov (Sumqayıt-Təhsil)