4 fevral 2026. Çərşənbə

Kişi voleybolçuların Yüksək Liqasında XII tur başa çatıb


  • Offside
  • 19:42 04.02.2026
  • Oxunma sayı: 40
Kişi voleybolçuların Yüksək Liqasında XII tur başa çatıb

Kişi voleybolçuların Yüksək Liqasında XII tura yekun vurulub.

90deqiqe.Az xəbər verir ki,  turun son oyun günündə iki qarşılaşma keçirilib. “Neftçi” “Murov Az Terminal”ı 3:0 (25:21, 25:22, 25:21), ardınca isə “Xilasedici” komandası “Ordu” kollektivini 3:0 hesabı ilə məğlub edib.

Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.

Qeyd edək ki, turun açılış oyununda “Azərreyl” “Gənclər” komandasını 3:0 (25:15, 25:16, 25:13) hesabı ilə məğlub etmişdi.







Offside