- Offside
- 22:59 04.02.2026
Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirində ikinci yarış gününə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, 33 ölkədən 347 badmintonçunun yarışdığı turnirin ikinci yarış günündə təsnifat mərhələsinin görüşləri keçirilib.
Qeyd edək ki, fevralın 5-dən başlayaraq 5 kateqoriya üzrə əsas mərhələnin pley-off qarşılaşmalarına start veriləcək. Turnirə fevralın 8-də yekun vurulacaq.