4 fevral 2026. Çərşənbə

Zanetti və Fabreqas Olimpiya məşəli estafetində iştirak ediblər


  • Offside
  • 22:14 04.02.2026
  • Oxunma sayı: 45
Zanetti və Fabreqas Olimpiya məşəli estafetində iştirak ediblər

Olimpiya məşəli marafonunun 58-ci mərhələsi İtaliyanın Bergamo bölgəsində başlayıb və Briyansa regionunun əsas şəhər və qəsəbələrindən keçib.

90deqiqe.Az-ın məlumatına görə, yerli azarkeşlər üçün xüsusi an yaşadılıb – məşəl “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas tərəfindən alovlandırılıb. İspaniyalı sabiq futbolçu, “Barselona” və “Arsenal”da çıxışları ilə tanınan Fabreqas bu şərəfə layiq görülən yeganə futbol siması olmayıb.

Onun əvvəlində “İnter”in keçmiş kapitanı və Argentina millisinin sabiq üzvü Xavyer Zanetti məşəli daşıyıb.

2026-cı il Qış Olimpiadası fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina-d’Ampecco şəhərlərində keçiriləcək.







Offside