22 mart 2026. Bazar günü

Sinner Olimpiya məşəlini alovlandırmaqdan imtina edib


  • Offside
  • 22:30 04.02.2026
  • Oxunma sayı: 371
Sinner Olimpiya məşəlini alovlandırmaqdan imtina edib

İtaliyalı tennisçi və dünya reytinqində ikinci sırada qərarlaşan Yannik Sinner 2026-cı il Olimpiadasının açılış mərasimində iştirak etməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Luigi Ansaloni “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

“Yannik Sinner Olimpiya oyunlarının açılışında olmayacaq. O, məşq qrafikinə sadiq qalmağı seçib və bazar ertəsi Dohaya yola düşəcək.”

Qeyd edək ki, Sinner fevralın 6-da keçiriləcək məşəli alovlandıracaq namizədlər sırasında yer almışdı.

İtaliyada 6 fevralda keçiriləcək Olimpiada açılışı Bakı vaxtı ilə saat 23:00-da  başlayacaq. 







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı