5 fevral 2026. Cümə axşamı

Təmsilçimiz “Dubay Marafonu”nda Azərbaycan rekordunu yenilədi


  • Offside
  • 22:53 04.02.2026
  • Oxunma sayı: 53
Təmsilçimiz “Dubay Marafonu”nda Azərbaycan rekordunu yenilədi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sayca 25-ci “Dubay Marafonu” keçirilib.

90deqiqe.Az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı Elçin Bəkirov təmsil edib.

İdmançımız marafon məsafəsini 2 saat 46 dəqiqə 38 saniyəyə qət edərək finiş xəttini keçib. Bu nəticə ilə Bəkirov mükafatçılar sırasına düşməsə də, kişilər arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekorduna imza atıb.

Ümumilikdə 28 min iştirakçının qatıldığı yarışda Elçin Bəkirov 56-cı yeri tutub. O, öz yaş kateqoriyasında isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Dubay Marafonu” ilk dəfə 1998-ci ildən etibarən keçirilir.







Offside