- Offside
- 23:18 04.02.2026
Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri olan “Zaqreb Open”ə start verilib.
90deqiqe.Az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanın qadın güləşi millisi də iştirak edir.
Komanda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında mübarizə aparır. Turnirdə ölkəmizi Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) təmsil edir.
Qeyd edək ki, yarışda I dərəcəli hakim Əli Babayev də ədaləti qoruyanlar arasında yer alıb.