5 fevral 2026. Cümə axşamı

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 17:00 05.02.2026
  • Oxunma sayı: 41
Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə ölkə çempionatı keçiriləcək.

90deqiqe.Az federasiyaya istinadən xəbər verir ki, yarış fevralın 6-7-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.

Turnirdə paytaxtla yanaşı, müxtəlif regionları təmsil edən ən güclü atletlər mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 6-da, saat 16:00-da keçiriləcək.







Offside