6 fevral 2026. Cümə

Benzema “Əl-Hilal”dakı debütündə het-trik etdi


  • Offside
  • 23:49 05.02.2026
  • Oxunma sayı: 36
Benzema “Əl-Hilal”dakı debütündə het-trik etdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun yeni transferi Kərim Benzema debüt oyununu möhtəşəm performansla yadda saxlayıb.

90deqiqe.Az-ın məlumata görə, fransalı hücumçu çempionat çərçivəsində “Əl-Axdud”a qarşı keçirilən matçda hesabı 31-ci dəqiqədə açıb. Benzema 60 və 64-cü dəqiqələrdə daha iki dəfə rəqib qapısına yol taparaq het-trikə imza atıb. Təcrübəli futbolçu bununla kifayətlənməyərək bir qədər sonra Malkoma məhsuldar ötürmə verib və daha sonra əvəzlənib.

Qarşılaşma Əl-Hilalın 6:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 38 yaşlı Kərim Benzema fevral ayının əvvəlində “Əl-İttihad” klubundan ayrılaraq azad agent kimi “Əl-Hilal”a keçib. O, əvvəlki klubu ilə müqaviləni uzatmaqdan imtina edib.

Hazırda Əl-Hilal Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə 20 turdan sonra 50 xalla liderlik edir.







Offside