7 fevral 2026. Şənbə

“Əl-Nəsr” Ronaldosuz da qələbə seriyasını davam etdirdi


  • Offside
  • 23:46 06.02.2026
  • Oxunma sayı: 38
“Əl-Nəsr” Ronaldosuz da qələbə seriyasını davam etdirdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ardıcıl ikinci oyunu heyətdən kənarda qalan Kriştiano Ronaldosuz keçirib.

90deqiqe.Az xəbər verir ki, bu gün baş tutan görüşdə Ər-Riyad təmsilçisi “Əl-İttihad”la üz-üzə gəlib. Matçın ilk hissəsinin sonlarında Mussa Diabi sol cinahdan təxminən 20 metrdən qapıya zərbə endirib. Qapıçı topu önündə saxlasa da, Məhəmədou Dumbiya tamamlayıcı zərbə vurmağa çalışarkən İnigo Martines buna imkan verməyib.

Daha sonra Joao Feliks sol cinahdan ötürmə ilə Marselo Brozoviçi qapı qarşısına çıxarıb. Xorvat yarımmüdafiəçinin zərbəsi rikoshetlə qapıya yönəlsə də, qapıçı topu ayağı ilə dəf edib.

Görüşün 83-cü dəqiqəsində Kinqsli Koman sağ cinahdan cərimə meydançasına ötürmə edib. Ayman Yəhyanın zərbəsi müdafiəçinin əlinə dəyib və hakim penalti təyin edib. Sadio Mane 11 metrlik zərbəni dəqiq yerinə yetirərək topu qapının sol aşağı küncünə göndərib. Qapıçı isə əks istiqamətə tullansa da, topu qaytara bilməyib.

Bu qələbə ilə “Əl-Nəsr” qalibiyyət seriyasını davam etdirib və liderdən cəmi 1 xal geri qalır. “Əl-İttihad” isə turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.







Offside