7 fevral 2026. Şənbə

Rusiyalı tennisçi Dohada keçirilən turnirin əsas mərhələsinə yüksəlib


  • Offside
  • 16:14 07.02.2026
  • Oxunma sayı: 38
Rusiyalı tennisçi Dohada keçirilən turnirin əsas mərhələsinə yüksəlib

Dünya reytinqində 584-cü pillədə qərarlaşan rusiyalı tennisçi Vera Zvonaryova Qətərin paytaxtı Dohada keçirilən WTA-1000 turnirinin əsas mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, o, təsnifat mərhələsinin finalında Polşa təmsilçisi, dünya reytinqində 60-cı olan Maqdalena Frenni 6:3, 7:6 (7:1) hesabı ilə məğlub edib.

Tennisçilər kortda ümumilikdə 1 saat 36 dəqiqə mübarizə aparıblar. 

Qeyd edək ki, Doha turniri fevralın 8-dən 14-dək keçiriləcək. Yarışın hazırkı qalibi amerikalı tennisçi Amanda Anisimovadır.







Offside