- Offside
- 21:36 08.02.2026
İtaliyanın Milano-Kortina 2026 Qış Olimpiadasında ABŞ-ın veteran alp disiplini kayakçısı Lindsey Vonn ciddi şəkildə xəsarət alıb və helikopterlə xəstəxanaya çatdırılıb.
90deqiqe.Az-ın məlumata görə, 41 yaşlı idmançı, yarışda bir engele çarpdıqdan sonra qorxunc şəkildə yıxılıb. Canlı yayımlanan yarış zamanı həkimlər tərəfindən müayinə edilərkən onun ağrı ilə qışqırdığı anlar ekranlara da əks olunub.
İlkin tibbi müdaxilədən sonra Vonn təcili yardım helikopteri ilə xəstəxanaya aparılıb. Tribunadakı tamaşaçılar dəhşətli anları izləyərkən tam bir dəqiqə sükut hökm sürüb. Onun məşqçisi Aksel Lund Svindal da narahatlıqla baş verənləri izləyib. Yarış 10 dəqiqədən çox dayandırılıb.
Qeyd edək ki, 2010 Olimpiya çempionu Lindsey Vonn yaşına və sağlamlıq problemlərinə baxmayaraq bu oyunlarda iştirak etməyə qərar vermişdi. O, yarış öncəsi demişdi:“Düşməzdən əvvəl şansımı bilirdim və indi bunun eyni olmadığını bilirəm. Amma hələ də bir şans var. Bu şans olduğu müddətdə mübarizə aparacağam.”