3 iyul 2026. Cümə

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub


  • Offside
  • 20:09 08.02.2026
  • Oxunma sayı: 414
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı "WTT Youth Star Contender Tunis 2026" turnirində U-15 kateqoriyasında əsas mükafata layiq görülüb.

Milli komandanın üzvü Tunisin eyniadlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütün oyunları qələbə ilə başa vuraraq, 1-ci yeri tutub.

Şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.







Offside

"Bu, mənim son Uimbledonum idi"
  • Offside
  • 22:58 02.07.2026
"Bu, mənim son Uimbledonum idi"