9 fevral 2026. Bazar ertəsi

Yaponiyalı fiqurlu konkisürənlər Olimpiya-2026 komandalar yarışında sərbəst proqramın qalibi oldu


  • Offside
  • 23:56 08.02.2026
  • Oxunma sayı: 32
Yaponiyalı fiqurlu konkisürənlər Olimpiya-2026 komandalar yarışında sərbəst proqramın qalibi oldu

Yaponiyalı fiqurlu konkisürənlər Riku Miura və Ryuiçi Kihara 2026-cı il Milanda (İtaliya) keçirilən Olimpiya Oyunlarının komandalar yarışında sərbəst proqram üzrə ən yüksək nəticəni göstəriblər. 

90deqiqe.Az-ın məlumatına görə, onlar hakimlərdən 155,55 bal toplayaraq qalib olublar.

İkinci yeri Gürcüstan təmsilçiləri Anastasya Metyolkina və Luka Berulava 139,70 bal ilə tutublar. Podiumu isə İtaliya cütlüyü Sara Konti və Nikkolo Maçii 136,61 balla tamamlayıb.

Komandalar yarışının sərbəst proqramının nəticələri:

  1. Riku Miura / Ryuichi Kihara (Yaponiya) — 155,55 bal

  2. Anastasya Metyolkina / Luka Berulava (Gürcüstan) — 139,70 bal

  3. Sara Konti / Nikkolo Maçii (İtaliya) — 136,61 bal

  4. Elli Kam / Deniyel O’Şi (ABŞ) — 135,36 bal

  5. Liya Pereira / Trent Mişo (Kanada) — 134,42 bal

Yapon cütlüyünün bu uğuru komandalar yarışında turnirin ən yüksək nəticəsi kimi tarixə düşüb.







Offside