- Offside
- 22:28 09.02.2026
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə "WTT Youth Star Contender Tunis 2026" yarışında uğurla çıxış edib.
Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, idmançı U-15 yaş dərəcəsində şəxsi mübarizədə etimadı doğruldub. Finaladək bütün rəqiblərini üstələyən Onur Quluzadə yalnız həlledici raundda ispaniyalı Ladimir Mayorova uduzaraq ikinci yeri tutub.
O, daha əvvəl qoşa yarışlarda qızıl mükafata layiq görülüb.