10 fevral 2026. Çərşənbə axşamı

“Fənərbağça”nın sabiq futbolçusu ölkəsində müasir xəstəxana istifadəyə verdi


  • Offside
  • 14:59 09.02.2026
  • Oxunma sayı: 74
“Fənərbağça”nın sabiq futbolçusu ölkəsində müasir xəstəxana istifadəyə verdi

Nigeriya millisinin və Türkiyənin “Fənərbağça” klubunun sabiq hücumçusu Emmanuel Emenike təqdirəlayiq addımı ilə gündəmə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, keçmiş futbolçu ölkəsinin İmo ştatının Overri şəhərində öz adını daşıyan müasir xəstəxana kompleksini istifadəyə verib. Bildirilir ki, tibb müəssisəsi yerli əhali üçün tibbi xidmətlərin əlçatanlığını artırmaq və bölgədə səhiyyə sisteminin inkişafına töhfə vermək məqsədilə inşa edilib.

Xatırladaq ki, Emmanuel Emenike peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurduqdan sonra biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Onun son klubu Belçikanın “Vesterlo” komandası olub.







Offside