10 fevral 2026. Çərşənbə axşamı

Kriştiano Ronaldo “Əl-Nəsr”in məşqlərinə qayıdıb


  • Offside
  • 22:28 09.02.2026
  • Oxunma sayı: 38
Kriştiano Ronaldo “Əl-Nəsr”in məşqlərinə qayıdıb

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində məşqləri bərpa edib.

90deqiqe.Az-ın məlumata görə, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo buna baxmayaraq Asiya Çempionlar Liqasında Türkmənistanın “Arkağdağ” klubu ilə keçiriləcək oyunda iştirak etməyəcək. Qarşılaşma fevralın 11-də baş tutacaq. Gözləntilərə əsasən, portuqaliyalı futbolçu fevralın 14-də Səudiyyə Ərəbistanı çempionatında “Əl-Fateh”ə qarşı matçda meydana qayıdacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo bir müddət “Əl-Nəsr”in heyətində çıxış etməyib. Buna səbəb onun Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondunun (PIF) bəzi klublara münasibətdə apardığı siyasətə etirazı olub. Bundan əlavə, futbolçu klubun bəzi əməkdaşlarına maaşların gecikdirilməsinə qarşı narazılığını ifadə edib.

Bildirilir ki, “Əl-Nəsr” rəhbərliyi Ronaldu ilə razılığa gələrək yaranmış borcları ödəyib.







Offside