11 fevral 2026. Çərşənbə

“Titullu rəqiblə qarşılaşacağımı bilirdim”


  • Offside
  • 18:21 10.02.2026
  • Oxunma sayı: 44
“Titullu rəqiblə qarşılaşacağımı bilirdim”

“Böyüklər arasında keçirilən reytinq turnirində bürünc medal qazandığım üçün çox sevincli və qürurluyam."

90deqiqe.Az xəbər verir ki, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində fəxri kürsüyə qalxan Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə (72 kiloqram) federasiyanın rəsmi saytına açıqlamasında deyib.

"Bürünc medal uğrunda Yaponiya təmsilçisiylə güləşdim. Titullu rəqiblə qarşılaşacağımı bilirdim. Məşqçilərimiz məni psixoloji və taktiki cəhətdən görüşə yüksək səviyyədə hazırladı. Onların verdiyi motivasiya nəticəsində qarşılaşmaya tam hazır oldum. Mübarizəmiz gərgin keçdi. Sona kimi güləşdim və qalib oldum. Üzərimdə əziyyəti olan baş məşqçimizə, federasiyamıza və şəxsi məşqçimə təşəkkür edirəm. İnşallah, növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz edərəm”.







Offside