11 fevral 2026. Çərşənbə

"Ronaldosuz müqavilə imzalamayacağam"


  • Offside
  • 21:42 10.02.2026
  • Oxunma sayı: 57
"Ronaldosuz müqavilə imzalamayacağam"

Səudiyyə Ərəbistanı Pro Liqasının rəhbərliyini ədalətli rəqabət mühitini pozmaqda ittiham edən və bu səbəbdən “Əl-Nəsr” forması ilə meydana çıxmaqdan imtina edən Kriştiano Ronaldoya gözlənilməz dəstək gəlib.

90deqiqe.Az-ın “Al-Riyadiyah” nəşrinə istinadən məlumata görə, komandanın baş məşqçisi Jorje Jezuş təcrübəli futbolçunun arxasında duraraq rəhbərliyə sərt mesaj göndərib. Portuqaliyalı mütəxəssis yeni müqavilə imzalamaq üçün əsas şərt kimi Ronaldonun komandada saxlanılmasını irəli sürüb.

 Məlumata görə, Jezuş 2026-cı il və sonrasını əhatə edən yeni müqaviləyə yalnız Ronaldonun taleyi aydınlaşdıqdan sonra imza atacağını klub rəhbərliyinə bildirib. Portuqaliyalı çalışdırıcı həmyerlisinin mövqeyini tam dəstəklədiyini açıq şəkildə nümayiş etdirib.

Hazırda diqqətlər “Əl-Nəsr” rəhbərliyinin atacağı addımlara yönəlib. Əgər klub liqa rəhbərliyi ilə Ronaldo arasında yaranmış gərginliyi aradan qaldıra bilməsə, həm CR7, həm də Jorje Jezuşla yolların ayrılması qaçılmaz ola bilər.

Böhranın həlli üçün Səudiyyə Ərəbistanı dövlətinin yüksək vəzifəli şəxslərinin də prosesə müdaxilə edəcəyi gözlənilir.

Xatırladaq ki, Kriştiano Ronaldo liqa rəhbərliyinin şəffaf olmayan və rəqabəti məhdudlaşdıran yanaşmasına etiraz olaraq məşqlərə və oyunlara çıxmamaq qərarı verib. Bu addım Səudiyyə Ərəbistanı futbolunda ciddi böhrana səbəb olub.







Offside