- Offside
- 23:55 10.02.2026
Rusiyalı tennisçi Anna Kalinska Doha (Qətər) şəhərində keçirilən WTA-1000 kateqoriyalı turnirdə üçüncü mərhələyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, ikinci mərhələdə Kalinska amerikalı rəqibi Emma Navarronu üç setlik gərgin mübarizədə 7:5, 2:6, 6:2 hesabı ilə məğlub edib. Görüş 2 saat 5 dəqiqə davam edib.
Doha turniri 8–14 fevral tarixlərində keçirilir. Qeyd edək ki, turnirin hazırkı qalibi amerikalı tennisçi Amanda Anisimovadır.