21 fevral 2026. Şənbə

Dünya reytinqi: “Qarabağ” ilk “60-lıq”da


  • Offside
  • 10:28 11.02.2026
  • Oxunma sayı: 236
Dünya reytinqi: “Qarabağ” ilk “60-lıq”da

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 502 komandanın yer aldığı siyahıda Azərbaycanın dörd təmsilçisi qərarlaşıb.

Reytinqdə ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 9 pillə irəliləyərək 200 xalla 60-cı sırada yer alıb.

“Sabah” da mövqeyini yaxşılaşdırıb. Bakı klubu 96 xalla 224-cü pillədən 211-ci yerə yüksəlib.

Digər təmsilçilərimizdən “Zirə” geriləyib. Komanda 63 xalla 389-cu yerdən 418-ci sıraya düşüb. “Araz-Naxçıvan” isə 59 xalla 456-cı pillədən 468-ci yerə enib.

Qeyd edək ki, dünya reytinqinə 595 xalla Fransanın PSJ klubu başçılıq edir.







Offside