12 fevral 2026. Cümə axşamı

WADA Bakıda keçiriləcək Avropa Regional Simpoziumu ilə bağlı video yayımlayıb


  • Offside
  • 14:45 11.02.2026
  • Oxunma sayı: 48
WADA Bakıda keçiriləcək Avropa Regional Simpoziumu ilə bağlı video yayımlayıb

Martın 18-19-da Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziumla bağlı Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən rəsmi dəvət xarakterli video hazırlanıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) 90deqiqe.Az-a bildirilib ki, videoda yer alan AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.

Həmin video WADA-nın rəsmi sosial media kanallarında və rəsmi internet səhifəsində yayımlanıb. Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi, şəffaf kommunikasiya siyasətini və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini bir daha nümayiş etdirir.







Offside