- Offside
- 23:56 11.02.2026
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun oyunlarına yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, tur çərçivəsində baş tutan qarşılaşmalar gərgin mübarizə və inamlı qələbələrlə yadda qalıb.
“Murov Az Terminal” növbəti oyununda “Ordu” kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma favorit komandanın üstünlüyü şəraitində keçib. Görüşü inamlı təsir bağışlayan “Murov Az Terminal” 3:0 (25:17, 25:17, 25:12) hesabı ilə başa vuraraq aktivinə növbəti üç xalı yazdırıb.
Turun digər oyununda “Neftçi” “Gənclər”lə münasibətlərinə aydınlıq gətirib. İlk iki setdə rəqib ciddi müqavimət göstərsə də, paytaxt təmsilçisi həlledici məqamlarda daha dəqiq oynayaraq 3:0 (26:24, 25:23, 25:18) hesablı qələbə qazanıb.
XIII turun son qarşılaşmasında isə “Xilasedici” “Azərreyl”lə üz-üzə gəlib. Gərgin keçən setlərdə üstün oyun nümayiş etdirən “Xilasedici” meydanı 3:0 (25:22, 25:21, 25:20) hesablı qələbə ilə tərk edib.
Beləliklə, turun bütün oyunları 3:0 hesabı ilə yekunlaşıb və liderlər qrupunda mübarizə daha da kəskinləşib.