- Offside
- 02:11 12.02.2026
Qazaxıstanın dünya reytinqində 10-cu yeri tutan tennisçisi Aleksandr Bublik Niderlandın Rotterdam şəhərində keçirilən ATP-500 kateqoriyalı turnirin birinci turunda Polşa təmsilçisi Hubert Hurkaçla (ATP reytinqində 70-ci yer) qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Bublik bu görüşdə rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.
Görüş 2 saat 22 dəqiqə davam edib və nəticə 6:7 (2:7), 7:6 (7:1), 7:5 olub.
Növbəti turda Bublik Almaniya təmsilçisi Yan-Lennard Ştruffla üz-üzə gələcək.