12 fevral 2026. Cümə axşamı

Azərbaycan çempionatı: 1/8 finalın ilk görüşlərində sürpriz nəticə qeydə alındı


  • Offside
  • 11:56 12.02.2026
  • Oxunma sayı: 30
Azərbaycan çempionatı: 1/8 finalın ilk görüşlərində sürpriz nəticə qeydə alındı

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk partiyaları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov Murad İbrahimli ilə, ötənilki çempion Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə oynayıb.

Eltac Səfərli Kamal Ağasiyevi, Aydın Süleymanlı Rəhim Qasımovu, Məhəmməd Muradlı Rəvan Əliyevi, Read Səmədov Paşam Əlizadəni, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovu məğlub edib. Nicat Abasov ilk partiyada Xaqan Əhmədə uduzub.

Qadın şahmatçıların yarışında bütün oyunlar məhsuldar alınıb. Ötən ilin çempionu Günay Məmmədzadə Nərmin Kazımovanı, Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdini məğlub edib.

Digər görüşlərdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova qələbə qazanıblar.

Bu gün yarışda 1/8 finalın cavab partiyaları oynanılacaq.

Qeyd edək ki, Azərbaycan çempionatında partiyalar hər gün saat 15:00-da başlayır.







Offside