12 fevral 2026. Cümə axşamı

Azərbaycan Ordusunda güləş və cüdo üzrə birinciliyin açılış mərasimi keçirildi


  • Offside
  • 18:37 12.02.2026
  • Oxunma sayı: 36
Azərbaycan Ordusunda güləş və cüdo üzrə birinciliyin açılış mərasimi keçirildi

Bu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda cüdo, yunan-Roma və sərbəst güləş üzrə birinciliyin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən  90deqiqe.Az-a verilən xəbərə görə, Heydər Əliyev adına Hərbi İnstitutda təşkil edilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

İştirakçı komandaların tərkibi yoxlanıldıqdan sonra idmançılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb. Həmçinin hər üç yarışı idarə edəcək baş hakimlər təqdim olunublar.

Yarışın ilk günündə yunan-Roma güləşi üzrə mübarizə aparacaq idmançıların çəki dərəcələri müəyyən edildikdən sonra fərdi və komanda qarşılaşmalarına start verilib.

Qeyd edək ki, yarışlarda hər idman növü üzrə 10 çəki dərəcəsində 11 komandadan ümumilikdə 297 idmançı iştirak edir.







Offside