- Offside
- 21:59 12.02.2026
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko UEFA Konqresində iştirak edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Tədbir çərçivəsində Şevçenko bir sıra rəsmi görüşlər keçirib. O, FIFA prezidenti Canni İnfantino ilə görüşündə Rusiya futboluna qarşı tətbiq olunan sanksiyalar məsələsinə toxunub.
UAF rəhbəri sanksiyaların yumşaldılması ilə bağlı istənilən təşəbbüsün qəbuledilməz olduğunu bildirib.
Assosiasiya həmçinin vurğulayıb ki, Konqres zamanı Rusiya klublarının və yığmalarının beynəlxalq turnirlərə qaytarılması məsələsi gündəmə gətirilməyib.
Qeyd edək ki, UEFA və FIFA təxminən dörd il əvvəl Rusiya Futbol İttifaqını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.