12 fevral 2026. Cümə axşamı

“Əl-Hilal” Darvin Nunesi heyətdən kənarlaşdırdı


  • Offside
  • 20:44 12.02.2026
  • Oxunma sayı: 29
“Əl-Hilal” Darvin Nunesi heyətdən kənarlaşdırdı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu heyət planlamasında diqqətçəkən dəyişiklik edib.

90deqiqe.Az-ın məlumatına görə, Kərim Benzemanın transferindən sonra legioner limitini tənzimləmək məqsədilə Darvin Nunes və Pablo Mari Səudiyyə Pro Liqası üçün sifariş siyahısından çıxarılıb.

Uruqvaylı hücumçu mövsümün qalan hissəsində yalnız Asiya Çempionlar Liqasının oyunlarında forma geyinə biləcək.

Qeyd edək ki, “Fənərbağça” qış transfer dönəmində Darvin Nuneslə maraqlansa da, futbolçunun yüksək maaşı səbəbindən keçid baş tutmamışdı.

Nunes bu mövsüm “Əl-Hilal”ın heyətində 23 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Offside