13 fevral 2026. Cümə

UEFA keçən ilin maliyyə göstəricilərini açıqladı - rekord gəlir


  • Offside
  • 21:34 12.02.2026
  • Oxunma sayı: 40
UEFA keçən ilin maliyyə göstəricilərini açıqladı   - rekord gəlir

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) keçən ilin maliyyə nəticələrini açıqlayıb.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, kişi klublar yarışlarından ümumi gəlir 5 milyard avronu ötüb və əvvəlki mövsümlə müqayisədə 737 milyon avro artıb.

UEFA bildirib ki, kişi klublar yarışlarından gəlir 4,4 milyard avroya yüksəlmiş, bu da 2023/2024 mövsümü ilə müqayisədə 690 milyon avro çoxdur. Maliyyə ödənişləri isə 3,4 milyard avroya çatıb – əvvəlki mövsümdən 400 milyon avro çox.

Qurum həmçinin yarışların xalis gəlirlərinin 10%-ni solidar ödənişlərə ayırdığını qeyd edib. Bunlardan 308 milyon avro Avropa yarışlarında iştirak etməyən klublara paylanıb – bu, əvvəlki ilə nisbətən 76% artım deməkdir. Əlavə maliyyə vəsaiti isə seçmə mərhələlərdə mübarizəni dayandıran klublara çatdırılır.

UEFA həmçinin 25 milyon avronu UEFA Gənclər Liqası və qadın klublar yarışlarının dəstəyinə ayırıb.Bu addım assosiasiyanın həm kişi, həm də qadın futboluna və gənc oyunçuların inkişafına verdiyi önəmi göstərir.







Offside