13 fevral 2026. Cümə

İtaliyalı konkisürən Olimpiya çempionu oldu


  • Offside
  • 21:59 12.02.2026
  • Oxunma sayı: 27
İtaliyalı konkisürən Olimpiya çempionu oldu

İtaliyalı sürət konkisürəni Françeska Lollobricida 2026-cı il Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı konkisürən qadınların 5000 metr məsafəyə yarışında 6 dəqiqə 46,7 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Lollobricida üçün doğma vətəndə keçirilən Olimpiadada ikinci qızıl medal olub. O, daha əvvəl 3000 metr məsafədə də hamıdan güclü olmuşdu.

Olimpiya-2026, İtaliya
Sürət konkisürmə. Qadınlar – 5000 m:

  1. Françeska Lollobricida (İtaliya) – 6:46,7

  2. Merel Konayn (Niderland) – +0,1

  3. Raqne Viklund (Norveç) – +0,17

Qeyd edək ki, həlledici yürüşdə neytral statusda çıxış edən belaruslu Marina Zueva da mübarizə aparıb. O, qalibdən 11,53 saniyə geri qalaraq altıncı yeri tutub.







Offside