13 fevral 2026. Cümə

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları bəlli olub


  • Offside
  • 10:09 13.02.2026
  • Oxunma sayı: 39
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, 1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən, Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı növbəti mərhələyə yüksəliblər. Rauf Məmmədov-Şiroğlan Talıbov və Xaqan Əhməd-Nicat Abasov cütlüyündə qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq.

Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4 finala vəsiqə qazanıb. Gövhər Beydullayeva-Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.

Qeyd edək ki, şahmat üzrə Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Partiyalar hər gün saat 15-00-da başlayır.







Offside