13 fevral 2026. Cümə

UEFA-dan AFFA-ya 11 milyon avrodan çox vəsait ayrıldı


  • Offside
  • 11:00 13.02.2026
  • Oxunma sayı: 54
UEFA-dan AFFA-ya 11 milyon avrodan çox vəsait ayrıldı

UEFA 2024/2025-ci illər mövsümü üzrə maliyyə hesabatını açıqlayıb.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm AFFA-ya ümumilikdə 11 milyon 54 min avro vəsait ayırıb.

Bu məbləğin 2 milyon 980 min avrosu Azərbaycan milli komandasına görə illik həmrəylik ödənişi kimi assosiasiyanın hesabına köçürülüb.

Avrokubokların ümumi mərhələlərində iştirak etməyən klublar üçün nəzərdə tutulan həmrəylik proqramı çərçivəsində isə 4 milyon 802 min avro ödəniş həyata keçirilib.

Bununla yanaşı, Avropa Liqasında (1 milyon 37 min avro) və Konfrans Liqasında (2 milyon 185 min avro) mübarizəni dayandıran klublara görə ümumilikdə 3 milyon 222 min avro vəsait ayrılıb.

Qadınlar arasında Çempionlar Liqasında iştirak etməyən klublar üçün həmrəylik ödənişi isə 50 min avro təşkil edib.

Qeyd edək ki, həmrəylik ödənişləri avrokubokların ümumi mərhələlərində yer ala bilməyən yüksək divizion təmsilçiləri arasında bərabər şəkildə bölüşdürülür.







Offside