13 fevral 2026. Cümə

Premyer Liqa və I Liqa klublarının təhlükəsizlik üzrə məsul şəxsləri üçün seminar təşkil olunub


  • Offside
  • 12:48 13.02.2026
  • Oxunma sayı: 40
Premyer Liqa və I Liqa klublarının təhlükəsizlik üzrə məsul şəxsləri üçün seminar təşkil olunub

AFFA-nın təşkilatçılığı ilə Misli Premyer Liqası və I Liqa klublarının təhlükəsizlik və mühafizə üzrə məsul şəxsləri üçün seminar təşkil olunub.

Bu barədə 90deqiqe.Az-a qurumun mətbuat xidmətindən bildirilib.

Seminar Futbol Klublarının Lisenziyalaşdırılması çərçivəsində Azərbaycanın hüquq-mühafizə orqanlarının – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə əsas diqqət "İzdihamın idarə edilməsi və futbol stadionlarında təhlükəsizliyin təmin olunması" mövzularına yönəldilib.

Seminar çərçivəsində kütləvi tədbirlər zamanı risklərin qiymətləndirilməsi, azarkeş axınının düzgün tənzimlənməsi, fövqəladə hallara operativ reaksiya mexanizmləri, həmçinin stadion ərazisində ictimai asayişin qorunması ilə bağlı məlumatlar təqdim olunub. Hüquq-mühafizə orqanlarının, həmçinin AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri real təcrübəyə əsaslanan nümunələr üzərindən çıxış edərək, iştirakçıların suallarını cavablandırıb, qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Seminarın sonunda iştiraka görə sertifikatlar təqdim edilib.







Offside