13 fevral 2026. Cümə

Güləş üzrə Azərbaycan millilərinin məşqçilər heyəti müəyyənləşib


  • Offside
  • 16:02 13.02.2026
  • Oxunma sayı: 19
Güləş üzrə Azərbaycan millilərinin məşqçilər heyəti müəyyənləşib

Azərbaycanın yunan-Roma güləşi üzrə gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələrdən ibarət milli komandalarının məşqçilər heyətinin tərkibi yenidən formalaşıb.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, U-20 millisinin böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.

Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.

U-17 yığmasının böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov gətirilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.

U-15 millisində böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.







Offside