- Offside
- 00:16 14.02.2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, UNEC kollektivi öz meydanında “Murov Az Terminal”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 (25:23, 19:25, 25:23, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.
Matç UNEC-in idman zalında baş tutub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i 3:1, “DH Volley” isə “Turan”ı 3:2 hesabı ilə məğlub edib.
XIII tura fevralın 17-də yekun vurulacaq.