14 fevral 2026. Şənbə

“Monako”ya 1901-ci il qanununa görə maliyyə yardımı rədd edildi


  • Offside
  • 21:38 13.02.2026
  • Oxunma sayı: 64
“Monako”ya 1901-ci il qanununa görə maliyyə yardımı rədd edildi

Fransa Peşəkar Basketbol Liqası (LNB) “Monako”ya 500 min avro məbləğində maliyyə avansı ayıra bilməyəcək.

90deqiqe.Az-ın "Basket News"a istinadən məlumatına görə, qurumun daha əvvəl nəzərdən keçirdiyi bu imkan hüquqi səbəblərə görə reallaşmayıb. Belə ki, LNB 1901-ci il tarixli Fransanın qeyri-kommersiya təşkilatları haqqında qanununa əsasən fəaliyyət göstərir və həmin qanun borc və ya kredit xarakterli vəsaitlərin verilməsinə icazə vermir. Bu barədə Basket News nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, planlaşdırılan avans bir neçə həftədir maaşlarını ala bilməyən “Monako” basketbolçularına müvəqqəti dəstək məqsədi daşıyırdı. Bu addımın bazar günü Şalonda keçirilməsi nəzərdə tutulan oyun öncəsi mümkün tətilin qarşısını almaq üçün atılması planlaşdırılırdı.

Maliyyə vəsaiti ayrılmasa da, liqa vəziyyətin tənzimlənməsində iştirakını davam etdirir. Fevralın 10-da oyunçular, komandanın baş məşqçisi Vassilis Spanoulis, eləcə də LNB-nin prezidenti və icraçı direktoru arasında videokonfrans keçirilib. Görüş zamanı basketbolçulara müəyyən maliyyə zəmanətləri verilib, lakin detalları açıqlanmayıb.

Klubun maliyyə vəziyyəti isə gərgin olaraq qalır. “Monako”nun büdcə kəsirinin təxminən 15 milyon avro olduğu bildirilir.

Klubun ödəmə qabiliyyəti ilə bağlı məhkəmə iclası martın 6-da baş tutacaq. Həmin iclasda “Monako”nun knyazlıq tərəfindən mümkün şəkildə nəzarətə götürülməsi məsələsinə baxılacağı gözlənilir.







Offside