- Offside
- 00:16 14.02.2026
“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo qarşıdakı matçda komandasına kömək edəcək.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatında komandasının son iki görüşünü boykot etmişdi. Lakin o, artıq meydanlara qayıtmaq barədə yekun qərar qəbul edib.
Məlumata görə, portuqaliyalı ulduz şənbə günü keçiriləcək "Əl Fateh" ilə oyuna hazırdır. Ronaldo komanda ilə birlikdə qarşılaşmanın baş tutacağı Əl-Həsə şəhərinə yollanıb.
Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Hazırda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.