15 fevral 2026. Bazar günü

Braziliyalı dağ xizəyi idmançısı Olimpiya çempionu oldu


  • Offside
  • 20:07 14.02.2026
  • Oxunma sayı: 56
Braziliyalı dağ xizəyi idmançısı Olimpiya çempionu oldu

Braziliyalı dağ xizəkçisi Lukas Pinheyro Broten 2026-cı il Qış Olimpiya Oyunlarında nəhəng slalom növündə qızıl medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, idmançı ikinci cəhddə 2:25.0 nəticə göstərərək yarışın qalibi olub. Broten ilk cəhddə də ən yaxşı nəticəyə imza atmışdı.

Gümüş medalı İsveçrə təmsilçisi Marko Odermatt əldə edib. O, qalibdən 0,58 saniyə geri qalıb. Bürünc mükafata isə digər isveçrəli xizəkçi Loik Meillard layiq görülüb (+1,17).

Yarışı dördüncü pillədə Tomas Tumler (+1,45), beşinci yerdə Atle Lie McGrath (+1,82), altıncı sırada isə Leo Anquenot (+1,99) başa vurub.

Qeyd edək ki, Broten 2023-cü ilə qədər Norveç millisinin heyətində çıxış edib. Daha sonra o, anasının vətəninin bayrağı altında yarışmaq qərarı verib. Braziliya yığmasının tərkibində debütü 2024-cü ilin oktyabrına təsadüf edib.







Offside